Zelenski Trampı Ukraynaya dəvət edib

Dünya

26.09.2019 - 00:48

Vladimir Zelenski: "Mənə söz verin ki, siz gələcəksiniz"

 

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı ölkəsinə dəvət edib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, Tramp həmkarının dəvətini müsbət qiymətləndirib.

 

"Sələflərinizin Ukraynaya gəlməyə vaxtı yox idi, mənə söz verin ki, siz gələcəksiniz", - Nyu-Yorkda BMT Baş Assambleyasındakı danışıqların gedişatında Zelenski Trampa deyib.

 

Bildirilir ki, Tramp bu təklifə təbəssümlə reaksiya verərək, "mən çalışacağam", - deyib.

 

Ukrayna prezidenti öz növbəsində Trampa onu ABŞ-a dəvət etdiyi üçün təşəkkür edib: "Amma siz tarixi açıqlamadınız", - deyə Ukraynanın dövlət başçısı zarafat edib. 

Müəllif: Ayna.az