ABŞ-da həbs edilən türkiyəli bankir azadlığa çıxır

Dünya

19.07.2019 - 14:47

Onun bir neçə gün ərzində Türkiyəyə deportasiya ediləcəyi bildirilir

 

Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsinin qərarı ilə həbs edilən, Türkiyənin “Halk Bank”ının sabiq rəhbəri Hakan Atilla Hakan Atilla bu gün azadlığa çıxacaq. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin may ayında məhkəmənin qərarı ilə həbs edilən Atilla, 32 aylıq həbs cəzasının 14 ayını cəzaçəkmə müəssisəsində keçirdikdən sonra, bu gün azadlığa buraxılacaq.

                                                                                                               

Onun bir neçə gün ərzində Türkiyəyə deportasiya ediləcəyi bildirilib. Hakan Atillanın vəkili Xəlil Uzun, Nyu-Yorkda apellyasiya məhkəməsinin davam edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Hakan Atilla, İran əsilli, türkiyəli biznesmen Rza Zərrabla birlikdə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozaraq İranla ticarət əlaqələri qurmaqda təqsirli bilinib. Ötən gün hakim Riçard Berman 32 aylıq həbs müddətinin yekunlaşması ilə bağlı yeni qərar verib.

Müəllif: Ayna.az