Çex müğənnisi Karel Qott 80 yaşında vəfat edib
AYNA oxu.az-a istinadən xəbər verir ki, müğənninin ölüm səbəbi hələlik dəqiqləşdirilməyib. Ancaq sentyabr ayında sənətçi kəskin leykozdan əziyyət çəkdiyini etiraf etmişdi. O, Praqadakı xəstəxanaların birində müalicəyə başladığını bildirmişdi.
Karel Qottu çex pop musiqisinin kralı və bülbülü adlandırırdılar. O, həmçinin Sovet İttifaqının da rəğbətini qazanmış və rus dilində mahnılar yazmışdı. Qott müğənnilik karyerasına 1950-ci illərdə başlayıb.
Qottda bir neçə il əvvəl limfa sisteminin xərçəngi aşkar edilmişdi. O, müalicəsinə görə bir neçə il səhnəni tərk etsə də, 2017-ci ildə karyerasına qayıtmışdı.