Türkiyənin xarici borcu yarım trilyon dollara yaxınlaşır

Dünya

04.10.2019 - 19:32

Cari ilin iyun ayından bu günə qədər borc 446,9 milyard dollara yüksəlib

 

Türkiyə Cümhuriyyətinin Maliyə Nazirliyi tərəfindən hazırlanan hesabata görə, cari ilin iyun ayından bu günə qədər Türkiyənin xarici dövlət borcları 446,9 milyard dollara yüksəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqı tərəfindən açqılanan hesabatda bu rəqəmlər təsdiqlənib və Türkiyənin ümumi xarici borclarının, əldə etdiyi gəlirin 61,9 faizinə bərabər olduğu müəyyən edilib.

 

Hələ ilin 1-ci yarısında, Maliyə Nazirliyinin xarici borcu 14,7 milyard dollar olduğu halda, ümumi dövlət sektorunun borcu 103 milyrad dollar təşkil etmişdi.

 

Qeyd edək ki, 2018-ci ilin avqust ayından bəri iqtisadiyyatında 30 faiz geriləmə olan Türkiyə, hazırda iqtisadi baxımdan ən sıxıntılı dönəmlərindən birini yaşayır.

 

Müəllif: Ayna.az