Makron və Ruhani arasında telefon danışığı olub

Dünya

12.09.2019 - 04:57

Həkimlər Klinikalar SEO Xidməti

 

Həsən Ruhani: “Avropa ilə razılaşmalar tamamlanacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planının öhdəliklərinə qayıtmağa hazırıq”

 

İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron arasında Tehranın nüvə sazişinin azaldılmasının üçüncü mərhələsi ilə bağlı qərarından sonra ilk telefon bağlantısı yaradılıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, İran prezidenti Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə qəti razılaşmalar əldə olunacağı halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bildirib.

 

“Avropa ilə razılaşmalar tamamlanacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planının öhdəliklərinə qayıtmağa hazırıq”, - deyən Ruhani, öhdəliklərin azaldılmasının üçüncü mərhələsinin də geri dönüşü olduğunu vurğulayıb.

 

O, həmçinin Avropanı nüvə razılaşmasının qorunmasında rolunu yerinə yetirməyə çağırıb.

 

Öz növbəsində Fransa prezidenti Parisin bu istiqamətdə öz işlərini davam etdirəcəyinə əminliyini dilə gətirib.

Müəllif: Ayna.az