Albaniyada şəhidlərin abidəsinə hücum edilib

Dünya

31.08.2019 - 20:59

Həkimlər Klinikalar SEO Xidməti

Abidəyə olunan hücum şiddətlə qınanılıb

 

Albaniyanın paytaxtı Tiranada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 15 iyul şəhidlərinin xatirəsinə inşa edilmiş abidəyə hücum edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada təcavüzkarın şəxsiyyəti və ələ keçirilməsi işlərinin davam etdiyi ifadə olunub. 

 

Türkiyə hökumətindən verilən açıqlamada, Tiranadakı 15 iyul abidəsinə olunan hücum şiddətlə qınanılıb və əsas hədəfin Rəcəb Tayyib Ərdoğan olduğu bildirilib. 

 

Qeyd edək ki, iki həftə əvvəl də, Tiranada Türk bayraqları ilə bəzədilmiş bir sıra abidə hücum əticəsindən zədələnmişdi, lakin tezliklə Tirana bələdiyyəsinin əməkdaşları tərəfindən bərba olunmuşdu.

Müəllif: Ayna.az