"İvanişvilisiz Gürcüstan" – Tiflisdə etiraz yürüşü keçirilir

Dünya

28.11.2026 - 22:50

Yürüşün sonunda etiraz mitinqi və çıxışlar planlaşdırılır

Gürcüstanın paytaxtı Tiflisdə etiraz yürüşü başlayıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, yürüş "İvanişvilisiz Gürcüstan", "Gürcüstan Avropadır" şüarı altında keçirilir.

Yürüş iştirakçıları əvvəlcə paytaxtın üç mərkəzi yerində toplaşıblar: Tiflis Dövlət Universiteti, Orbeliani Meydanı və Avlabari metro stansiyası qarşısında. Bu məkanlardan isə izdiham Azadlıq Meydanına doğru gedir.

Yürüşün başa çatacağı yer Azadlıq Meydanıdır. Yürüşün sonunda etiraz mitinqi və çıxışlar planlaşdırılır.

Mitinq Gürcüstan hökumətinin Gürcüstanın Avropa Birliyi ilə inteqrasiyasını 2028-ci ilin sonuna qədər dayandırmaq qərarının ikinci ildönümünə həsr olunub. Bu qərardan sonra ölkə daxilində etirazlar başlayıb və bu günə qədər davam edir.

Xüsusilə, 28 noyabr 2024-cü ildə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Avropa Birliyinə qoşulmaq üçün danışıqları dayandırdığını elan edib. Bundan sonra ölkə daxilində etirazlar və gündəlik mitinqlər başlayıb. Etirazlar zamanı onlarla insan saxlanılıb və ittiham olunub. İki ildir ki, etirazçılar yeni parlament seçkiləri və saxlanılanların azad edilməsini tələb edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş