Ərdoğan İranın müdafiəsinə qalxdı: “Ehtiyatlı olun”

Dünya

26.09.2019 - 17:11

Türkiyə Prezidenti: «Bütün günahları İranın üzərinə atmaq düzgün deyil”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Saudi Aramco” hadisəsi ilə bağlı İrana dəstək nümayiş etdirib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Ərdoğan baş verənlərdən dolayı İrana qarşı cəbhə açan beynəlxalq təşkilatlara xəbərdarlıq edib: “Tehranı ittiham etməkdə ehtiyatlı olun. Bütün günahları İranın üzərinə atmaq düzgün deyil”.

 

Bir neçə gün öncə də sözügedən hadisə ilə bağlı “Fox News” kanalına müsahibə verən Ərdoğan bildirmişdi ki, müharibə öncə Yəmən ərazisində başlayıb: “Bu hadisədə ancaq İranı günahlandırmaq olmaz. Mövcud sübutlar bu həqiqəti mütləq olaraq əks etdirmir”.

 

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə hücum təşkil olunmuş və İranın dəstəklədiyi Yəmən husiləri məsuliyyyəti öz üzərlərinə götürmüşdü. ABŞ və bir sıra Avropa ölkələri isə bu hadisəyə görə Tehranı günahlandırır.

Müəllif: Ayna.az