İran konsulluğuna hücum edilib

Dünya

04.11.2019 - 15:50

Nümayişçilər İran əleyhinə şüarlar da səsləndiriblər

 

İraqda bir aydan çoxdur ki, hökumət əleyhinə davam edən etiraz aksiyalarında İrana qarşı şüarlar səsləndirən etirazçılar İranın Kərbəladakı Baş Konsulluğuna hücum ediblər.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İraqda İranın nüfuzunun artmasına reaksiya göstərən nümayişçilər İran əleyhinə şüarlar da səsləndiriblər.

 

Nümayişçilər konsulluğun divarına qalxaraq İraq bayrağını açıblar.

 

Etirazlardan sonra diplomatların binada olmadığı və İrana qayıtdıqları məlum olub.

Müəllif: Ayna.az