Trampdan İŞİD-lə bağlı növbəti açıqlama

Dünya

07.10.2019 - 19:31

Tramp bu barədə “Twitter” hesabında məlumat verib

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Türkiyənin Suriyada baş tutan sonuncu əməliyyatlarına münasibət bildirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında məlumat verib.

 

“ABŞ-ın nəticəsiz müharibələrdən imtina etməsinin vaxtı çatıb. Kürdlər neçə illərdir Türkiyə ilə müharibə şəraitindədir. Hətta bunun üçün bizdən yüksək miqdarda pul və avadanlıq da alıblar”, - deyə Tramp bildirib.  

 

Tramp onu da əlavə edib ki, ABŞ gücünü artırmaq üçün döyüşlərdə iştirak edəcək və qazanmaq üçün mübarizə aparacaq: “Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər vəziyyəti həll etmək məcburiyyətindədir və əsas problem olan İŞİD-lə necə davranacaqlarına qərar verməlidir. Çünki hamısı İŞİD-ə nifrət edir. Biz isə onlardan fərqli olaraq İŞİD-ə daha uzaq məsafədəyik. Lakin buna baxmayaraq İŞİD-i yenə məhv edəcəyik”.

Müəllif: Ayna.az