Rusiyada tanker partladı: <font color=red> ölənlər var</font>

Dünya

02.11.2019 - 12:35

Göyərtədə, ümumilikdə, 12 nəfər olub

 

Rusiyada Naxodka dəniz limanında "Amerika körfəzi" tankerində partlayış baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

 

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.

 

Müəllif: Ayna.az