Tiflisdə Azərbaycanın ali təhsil müəssisələrinin sərgisi açılıb

Xəbərlər

17.11.2026 - 17:25

Ziyarətçilər universitetlərin nümayəndələri ilə birbaşa görüşür

Noyabrın 17-də Tiflisdə Azərbaycan universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunub. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə “Study in Azerbaijan” layihəsi çərçivəsində keçirilir.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Sərginin əsas məqsədi Gürcüstanda yaşayan şagirdləri, abituriyentləri, tələbələri və valideynləri Azərbaycanın ali təhsil sistemi, universitetləri, ixtisasları və qəbul imkanları barədə məlumatlandırmaqdır.

Ziyarətçilər universitetlərin nümayəndələri ilə birbaşa görüşür, tədris proqramları, qəbul qaydaları, təqaüd imkanları və tələbə həyatı barədə məlumat alıblar.

Tiflisdə Azərbaycanın ali təhsil müəssisələrinin sərgisi açılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş