Jurnalistin azadlığı üçün müraciət edənlərin sırası genişlənir

Xəbərlər

17.10.2019 - 16:38

Xaricdəki jurnalistlər həmkarlarının müraciətinə qoşulurlar

 

Səhhətində ciddi problemlər olan jurnalist Əfqan Muxtarlının Müstəqillik Günü ərəfəsində azadlığa buraxılması üçün Press Klubun təsisçiləri oktyabrın 15-də ölkə rəhbərliyinə müraciət etmiş və ictimaiyyəti, həmkarlarını bu müraciətə qoşulmağa cağırmışdılar. Bundan sonra bir qrup QHT təmsilçisi, hüquqşünaslar da eyni addımı atmışdılar.

 

AYNA xəbər verir ki, son günlər xaricdə yaşayan və Almaniya, İsveç, Norveç, Rusiya, Türkiyə, Fransa, ABŞ, Kanada, Niderland, Danimarka mediasında, o cümlədən bu ölkələrin nüfuzlu KİV-lərində çalışan onlarla azərbaycanlı jurnalist həmkarlarının müraciətinə dəstək verib.

 

Onların arasında Cəsur Məmmədov, Anar Orucov, Malik Bayramov, Çingiz Sultansoy, Möhsün Hacıyev, Nəzakət Zeynallı, Ziyəddin Aslan (Almaniya), Güllü Cahangirova, Rahim Sadıqbəyli, Vahiq Qazi (İsveç), İdrak Abbasov (Norveç) Ehtiram Əsgərli, Ülvi İsmayıl (ABŞ), Nazim Rəhimov (Kanada), Orxan Əliyev (Fransa), Fikrət Hüseynli (Niderland), Səfər Sadiqi (Danimarka) və başqaları var.

Müəllif: Ayna.az