Tramp: “Mən qətiyyən narahat deyiləm”

Dünya

18.11.2026 - 13:38

ABŞ Prezidenti Cənubi Çin dənizindəki vəziyyətdən narahat olmadığını açıqlayıb

"Mən qətiyyən narahat deyiləm. Bu məsələ həll olunacaq". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözü Amerika lideri Donald Tramp Manilada Filippin Prezidenti Ferdinand Markos Jr. ilə görüş zamanı jurnalistlərin sualına cavab olaraq bildirib.

Onilliklərdir ki, Pekin Cənubi Çin dənizində əhəmiyyətli karbohidrogen ehtiyatlarının aşkar edildiyi müəyyən ərazilərin mülkiyyəti ilə bağlı bir neçə ölkə ilə mübahisələr aparır. Bu ərazilərə Xişa (Parasel adaları), Nanşa (Spratli) adaları və Huanyan rifi (Skarboro) daxildir. Bütün mübahisələr Bruney, Vyetnam, Malayziya və Filippinləri əhatə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş