“Mediada yayılan görüntülər Ukraynanın Krım körpüsünə hücumunun uğurlu olduğunu göstərir”
“Mediada yayılan görüntülər Ukraynanın Krım körpüsünə hücumunun uğurlu olduğunu göstərir”. AYNA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn 37) iclasından əvvəl jurnalistlərə deyib.
Xüsusilə, ondan müharibənin təşəbbüskarı Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında üçtərəfli görüşdən əvvəl Ukraynanın Krım körpüsünə hücumuna reaksiya barədə soruşulub.
"Əlbəttə ki, media görüntülərini görmüşəm. Düşünürəm ki, Ukraynanın özünü müdafiə etməsi vacibdir. Və bu, həm də logistika mərkəzlərinin hədəfə alındığı deməkdir. Bu qaçılmazdır - onlar bunu edirlər. Ona görə də, əlbəttə ki, nə baş verdiyini dəqiq başa düşməliyik. Media görüntülərinə əsasən, görünür, onlar uğurlu olublar", Rutte qeyd edib.