"Prezident görüş və müzakirələr istəyir”
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır. Vaşinqton bu cür danışıqların mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirir. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Tramp digər liderlərlə danışıqlara güzəşt kimi baxmır və Pxenyanla fikir ayrılıqlarını həll etməyin yeganə yolu dialoqdur.
"Prezident görüş və müzakirələr istəyir. O, bunu etməyə hazırdır", - Rubio Manilada jurnalistlərlə görüş zamanı bildirib.