Göyərtədə olan 19 nəfər ölüb
Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qəzanın planlaşdırılmış uçuş zamanı baş verdiyini açıqlayıb.
Bildirilib ki, qəzaya ilkin səbəb texniki nasazlıq olub.
Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinin komissiyası qəzanın bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.