Uitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər

Dünya

17.11.2026 - 14:40

Görüş ABŞ, Rusiya və Çin liderlərinin Şençjendə keçirilən üçtərəfli sammiti ilə eyni gündə baş tutacaq

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner cümə axşamı günü Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoff və Kuşner "bu həftə Ukrayna və Avropa rəsmiləri ilə təhlükəsizlik zəmanətləri və Ukraynanın müharibədən sonrakı iqtisadi bərpası planı üzərində işləmək üçün görüşməyi planlaşdırırlar".

“Axios” yazıb ki, görüş ABŞ, Rusiya və Çin liderlərinin Şençjendə keçirilən üçtərəfli sammiti ilə eyni gündə baş tutacaq.

Bir ABŞ rəsmisi Berlində xüsusi nümayəndələrin görüşünü və ABŞ Prezidenti Donald Trampın Çinə səfərini "əlaqələndirilmiş diplomatik səylər" adlandırıb.

Mənbənin məlumatına görə, Uitkoff və Kuşner "Ukrayna və Avropa rəsmiləri ilə müntəzəm əlaqə saxlayır, eyni zamanda, Rusiya ilə qarşılıqlı əlaqədədirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş