Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: <font color=red> 7 nəfər ölüb</font>

Dünya

16.10.2019 - 05:53

Əfqanıstanda helikopter qəzası baş verib 

 

Əfqanıstanın şimalında baş vermiş helikopter qəzasında 7 nəfər ölüb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ölkənin silahlı qüvvələrinə məxsus “Mi-17” helikopteri qəzaya uğrayıb.

 

Məlumata görə, aviaqəza Mazari-Şərif şəhərinin yaxınlığındakı Hayratan bölgəsində qeydə alınıb. Nəticədə helikopterdə olanların hamısı ölüb. Onlardan 4 nəfəri ekipaj üzvüdür.

 

Müəllif: Ayna.az