Çində yaşayış binası uçub: <font color=red> ölənlər və yaralananlar var</font>

Dünya

29.10.2019 - 07:40

Xəsarət alanların dağıntılar altından çıxarılması təxminən 11 saat davam edib

 

Çində tikilməkdə olan yaşayış binası uçub. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

 

Məlumata görə, hadisə ölkənin cənubundakı Quyyan şəhərində baş verib. Hadisə zamanı səkkiz nəfər həlak olub, daha iki nəfər yaralanıb.

 

Xəsarət alanların dağıntılar altından çıxarılması təxminən 11 saat davam edib. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hakimiyyət orqanları hadisənin başvermə səbəblərini aydınlaşdırır. Qeyd edilir ki, bununla bağlı işçi qrup yaradılıb.

 

Hadisə ilə bağlı təhqiqat aparılır.

 

Müəllif: Ayna.az