Beynəlxalq koalisiya İŞİD-in tunellərini məhv edib

Dünya

03.11.2019 - 11:46

Terrorçuların gizləndiyi gizli tunellər məhv edilib

 

ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı beynəlxalq koalisiya İraqın Neynəva əyalətində İŞİD terrorçularının gizləndiyi ehtimal edilən tunellər və mağaralar sistemini məhv edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, İŞİD döyüşçülərinin sığınacaqlarının məhvi onların gizlənmək və terror tədbirləri planlaşdırmaq imkanlarından məhrum edib.

 

Tunellərin uzunluğunun təxminən 400 metr olduğu güman olunur.

 

Müəllif: Ayna.az