Baş prokuror Argentinadadır

Xəbərlər

17.11.2026 - 12:35

Kamran Əliyev Buenos-Ayresdə prokurorluq sahəsində beynəlxalq əməkdaşlığın inkişafından danışıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentinanın Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.

Baş Prokurorluqdan AYNA.AZ-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin prokurorluq orqanlarının rəhbər şəxslərinin və Assosiasiyanın nümayəndələrinin iştirak etdiyi iclasda təşkilatın fəaliyyəti, rəhbər orqanlarının formalaşdırılması, dünya prokurorlarının beynəlxalq sferada əməkdaşlığının inkişaf istiqamətləri və qarşıdakı dövr üçün əsas istiqamətlər müzakirə olunub.

BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin edilməsi ilə əlaqədar iclas çərçivəsində keçirilmiş səsvermə ilə həmin vəzifəninin icrası yeni prezident seçilənədək müvəqqəti BPA-nın İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib.

İclasın gündəliyinə Assosiasiyanın İcraiyyə Komitəsinin tərkibi, təşkilatın rəhbər vəzifələrində nəzərdə tutulan dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə və təşkilati işlər, habelə beynəlxalq və regional tədbirlərin təşkili ilə bağlı məsələlər daxil edilib. Həmçinin tədbirdə təşkilatın rəhbər vəzifələrinə təklif edilən yeni namizədlər nəzərdən keçirilib. Müvafiq olaraq Avstriyanın və Şotlandiyanın prokurorluq sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış İnqrid Maşl-Klauzen Assosiasiyanın baş katibi, Endryu Riçardson isə baş müşaviri vəzifəsinə namizəd kimi irəli sürülüb.

Qeyd edək ki, həmin namizədlər Assosiasiyanın noyabrın 16-da hibrid formatda keçirilmiş Ümumi Yığıncağında sözügedən vəzifələrə təsdiq ediliblər. Bundan başqa, yığıncaqda digər məsələlərlə yanaşı, Assosiasiyanın fəaliyyəti barədə hesabatla çıxış edən qurumun baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyun ayında Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda keçirilmiş təlimi yüksək qiymətləndirərək, bu təşəbbüsü beynəlxalq prokurorluq orqanları üçün qabaqcıl təcrübə və gələcəkdə analoji tədbirlərin təşkili baxımından uğurlu nümunə kimi qeyd edib.

İcraiyyə Komitəsinin 62-ci iclasında, həmçinin Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Təşkilatın üzvləri arasında təcrübə mübadiləsi, prokurorların peşə hazırlığı, BPA-nın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti, təlim proqramlarının inkişafı və qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

BPA-nın vitse-prezidenti qismində tədbirdə iştirak edən Baş prokuror Kamran Əliyev Assosiasiyanın fəaliyyətində Azərbaycanın fəal iştirak etdiyini, ölkəmizin Assosiyasıyanın inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uzlaşdırılması, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və cinayətkarlığın ənənəvi və yeni təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu xüsusda, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə təşkil olunması, habelə Azərbaycanın Assosiasiyanın rəhbər orqanlarında təmsilçiliyi ölkəmizin dünya prokurorlarının bu unikal və effektiv platforması ilə səmərəli əməkdaşlığının göstəricisi kimi qeyd edilib.

İclas zamanı prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığının daha da gücləndirilməsi, transmilli cinayətkarlıqla mübarizədə müasir çağırışlar və peşəkar əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, habelə ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən ayrı-ayrı xarici həmkarları ilə səmərəli görüşlər keçirilib. Həmçinin Baş prokuror ölkəmizin Argentinadakı səfirliyini ziyarət edərək əməkdaşlarla görüşüb, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin Argentina Respublikasının federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres Muxtar Şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov da iştirak edib.

Baş prokuror Argentinadadır
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş