Dörd yüz abonent qazsız qalıb

Xəbərlər

02.10.2019 - 14:24

Xəttin bərpası istqamətində işlər aparılır
 

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən, diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda qeyd olub ki, qəza nəticəsində adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. 

Xəttin bərpası istqamətində işlər aparılır.

Müəllif: Ayna.az