Yanan binanın 7 sakini xəstəxanaya yerləşdirilib

Hadisə

20.08.2019 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan 2-si cərrahiyyə şöbəsində, 5 nəfər isə reanimasiyadadır

 

Şabran şəhərində yerləşən yaşayış binalarından birində yanğın baş verib. Hadisə şahidlərinin AYNA-ya verdikləri məlumata görə, yanğın qısaqapanmadan baş verib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib. 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

 

Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Onların vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Müəllif: Ayna.az