Səfir Moldova Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Qeyd olunub ki, Rusiya səfiri noyabrın 17-də Moldovanın hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar XİN-ə çağırılıb.
Rusiya səfirinə etiraz notası təqdim edilib.
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 17-də ölkənin hava məkanında yeddi pilotsuz uçuş aparatı qeydə alınıb. İlkin məlumatlara əsasən, beş PUA Çeltuitori, Poqornıçeni, Poqrebeni, Kuxureştii de Jos və Baksani yaşayış məntəqələrinin yaxınlığında yerə düşüb. Daha bir aparatın Oknitsa rayonunda düşməsi ehtimalı araşdırılır. Digər PUA isə Leova şəhəri yaxınlığında radar izləməsindən itib.