Türkiyə iki şəhid verdi

Dünya

20.07.2019 - 06:30

Türkiyə təhlükəsizlik qüvvələrinin davam etdirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub. AYNA “Qafqazinfo”-a istinadən xəbər verir ki, Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində avtomobildəki zabit həlak olub, bir mülki qarovul yaralanıb.

 

Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsində davam etdirdiyi “Pençe” hərəkatı antiterror əməliyyatında isə bir əsgər şəhid olub. Bildirilir ki, əsgər PKK terrorçuları ilə atışmada həyatını itirib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə