"Bu ABŞ-a qarşı açıq meydan oxumaqdır"
Türkiyənin Rusiyadan satın aldığı “S-400” zenit raket kompleksi dünya mediasının əsas gündəminə çevrilib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mediasında hadisə ilə bağlı yayılan bütün xəbərlər, “Türkiyə ABŞ-a meydan oxuyur” tipli başlıqlarla tirajlanıb. “Nyu-York Times” qəzetinin dərc etidiyi xəbərdə deyilir: “ABŞ-ın bütün təkidlərinə rəğmən Türkiyə Rusiyadan hava müdafiə sistemlərini aldı. Bu ABŞ-a qarşı açıq meydan oxumaqdır”.
“Washington Post”-un xəbərində isə, “Türkiyənin aldığı raket kompleksinin daşınmasının ilk mərhələsi başa çatdı. Türkiyə ABŞ-a və NATO-ya əhəmiyyət vermədən Rusiya ilə alış-verişə getdi. Bu Ankara ilə Vaşinqton arasındakı münasibətlərə təsir edəcək” şəklində yazı yer alıb.
Qeyd edək ki, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kpmpleksinin birinci hissəsi artıq Ankaraya gətirilib.