Nifrət məzmunlu materiallar 24 saat ərzində internetdən silinəcək

Dünya

05.07.2019 - 19:58

Qanunun tələbini yerinə yetirməyənləri 1.25 milyon avro məbləğində cərimə gözləyir

 

Fransa parlamenti, ölkə ərazisində internetdə yayılan nifrət məzmunlu materialların 24 saat ərzində silinməsi ilə bağlı qanun qəbul edib. AYNA fransız mətbuatına istinadən xəbər verir ki, parlament onlayn platformalarda yayımlanan irqçilik, cinsi ayrı-seçkilik, yəhudi düşmənçiliyi mövzulu materialların 24 saat ərzində silinməsi üçün qanun layihəsini səsverməyə çıxarıb.

 

31 millət vəkili qanun layihəsinin lehinə səs verib. Hazırda Senatın son qərarı gözlənilir.

 

Qeyd edək ki, qanun Senat tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Qanunun tələbini yerinə yetirməyənləri isə 1.25 milyon avro məbləğində cərimə gözləyir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə