Avropa İttifaqı ölkələri qaçqınları öz aralarında bölüşdürəcək

Dünya

23.07.2019 - 11:48

Bu barədə Fransa Prezidenti Emanuel Makron  məlumat verib

 

Avropa İttifaqına üzv olan 14 ölkə Aralıq dənizində xilas edilən qaçqınların öz aralarında bölüşdürülməsi haqqında qanun qəbul edib.

 

AYNA xəbər verir ki, yeni qanun layihəsi barədə ictimaiyyəti Fransa Prezidenti Emanuel Makron məlumatlandırıb.

 

“Reuters” xəbər agentliyinin yaydığı məlumatda 14 ölkədən 8-i bu məsələdə aktiv fəaliyyət göstərəcəyini bildirib. Makron Fransa, Almaniya, Portuqaliya, İrlandiya, Finlandiya, Litva, Xorvatiya və Lüksemburqdan başqa digər Aİ-yə üzv olan dövlətlərin də bu qanun layihəsini qəbul etməsi üçün çalışdığını söyləyib.

 

Qeyd edək ki, İtaliya və Malta hökumətləri ötən həftə Aİ-nin Finlandiyada keçirilən daxili işlər nazirlərinin görüşündə bu qanun layihəsinin əleyhinə səs verib.

Müəllif: Ayna.az