Ceyhun Bayramov Sergey Lavrovla görüşəcək

Xəbərlər

15.07.2026 - 17:29

Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.

Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.

O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş