Stansiya ehtiyat dizel generatorlarına keçib
Zaporojye Atom Elektrik Stansiyası (AES) xarici enerji təchizatını itirib və ehtiyat dizel generatorlarına keçib. AYNA.AZ xəbər verir ki, bu barədə AES-in “Telegram” kanalında bildirilib.
"Zaporojye AES öz ehtiyaclarını elektrik enerjisi ilə təmin edən 330 kV-luq Ferrosplavnaya-1 hava xətti zədələnməsi səbəbindən mühafizə sistemi tərəfindən ayrılıb", - deyə açıqlamada bildirilib.
Məlumatda qeyd olunub ki, ehtiyat dizel generatorları stansiyanın təhlükəsiz istismarı üçün zəruri olan avadanlıqları enerji ilə təmin edir. Stansiya ərazisində və müşahidə zonasında radiasiya səviyyəsi normaldır.