Qazaxıstanda hərbi anbarda partlayış baş verib - <font color=red> Xəsarət alanlar var</font>

Dünya

14.09.2019 - 08:39

 

Qazaxıstanda hərbi anbarda partlayış zamanı dörd hərbi qulluqçu yaralanıb

 

Qazaxıstanda hərbi anbarda partlayış baş verib.

 

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. AYNA xəbər verir ki, hadisə Arıs şəhərində, yanmış arsenalın ərazisinin təmizlənilməsi işlərinin görülməsi zamanı baş verib. Hadisə nəticəsində dörd hərbi qulluqçu yaralanıb.

 

"Anbarın ərazisinin döyüş sursatlarının hissələrindən təmizlənilməsi üzrə plan işlərinin hərbi qulluqçular tərəfindən icrası vaxtı Arıs şəhərinin ərazisində partlayış olub. Nəticədə müqavilə ilə xidmət edən dörd hərbi qulluqçu yaralanıb", - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

 

Arısdakı arsenalda iyunun 24-da alovlanma olub. Hadisə zamanı 4 nəfər həlak olub, daha 45 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Ayna.az