Keçmiş Ağ Ev rəhbərinin qalmaqallı səs yazısı ortaya çıxdı

Dünya

31.07.2019 - 17:54

"Allahım, ayaqqabı geyinmirlər və ABŞ da taleyini bunların əlinə təslim edir"


Keçmiş ABŞ Prezidenti Ronald Reyqanın BMT-dəki afrikalı nümayəndələr üçün "meymun" ifadəsini işlətdiyi səs yazısı ortaya çıxıb. Reyqan 1971-ci ildə Kaliforniya qubernatoru ilə telefon danışığında "Bu, Afrika ölkələrindən gələn meymunlara baxıram, lənət olsun onlara. Hələ də ayaqqabıda rahat olmurlar", - deyib.

 

AYNA xəbər verir ki, ABŞ-da çap olunan "The Atlantic" jurnalının xəbər verdiyinə görə, Reyqan bu ifadələri daha sonra ABŞ Prezidenti olacaq Riçard Nikson ilə telefon danışığında da işlədib. 


Reyqan Tayvanın BMT üzvlüyündən çıxarılmasına səs verən afrikalı nümayəndələrə hirslənib və irqçi ifadələr işlədib. BMT Baş Assambleyasındakı səsvermədən sonra tanzaniyalı diplomatlar rəqs ediblər. Ertəsi gün Niksona zəng edən Reyqan səsverməni televiziyadan izlədiyini bildirib və afrikalı nümayəndələri "meymunlar" adlandırıb. Nikson isə öz növbəsində bu ifadələrə gülərək cavab verib.

 
Telefon danışıqları Nyu-york universitetinin tarix müəllimi professor Tim Nafta tərəfindən ortaya çıxarılıb. Nafta 2007-2011 arasından Nikson Prezident Kitabxanasının direktoru olub. Tarixçi alim Niksonun o zamankı xarici işlər naziri ilə apardığı söhbətin qeydiyyatını da ortaya çıxarıb. 

 

Nikson nazirlə danışarkən Reyqanla telefon danışığı barədə bunları deyib: "Onları görüb. O adamyeyənləri dünən axşam televiziyada görüb. Allahım, ayaqqabı geyinmirlər və ABŞ da taleyini bunların əlinə təslim edir".

Müəllif: Ayna.az