Rusiya Federal Təhlükəsizlik Xidməti dərhal əks-hücuma keçib və gəmini ələ keçirib
Yapon dənizində Şimali Koreyaya məxsus bir gəmi Rusiya Sahil Mühafizə Xidmətinə hücum edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, qarşıdurma nəticəsində odlu silahlardan atəş açılıb və 3 rus sərhədçisi yaralanıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dərhal əks-hücuma keçib və gəmini ələ keçirib. Gəmidəki 21 nəfərlik heyət üzvü də saxlanılıb.
FTX-nin verdiyi açıqlamaya görə, hadisə Rusiyaya məxsus sularda qanunsuz balıq ovu etməyə cəhd edən gəmidən atəş açılması nəticəsində baş verib.