Mitinq zamanı siyasətçinin qulağını dişləyiblər - <font color=red> VİDEO</font>

Dünya

04.11.2019 - 12:14

Cani Pekin adminstrasiyasını dəstəklədiyi üçün bu addımı atıb

 

Honkonqda davam edən nümayişlərdə qandonduran hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs etirazçıları dəstəkləyən siyasətçiyə hücum edərək onu bıçaqlayıb və qulağını dişləyib.

 

Təhlükəsizlik qüvvələri zərərçəkənin etirazçıları dəstəkləyən siyasətçi Andrev Çiu olduğunu bildirib.

 

Caninin kimliyi məlum olmasa da, yerli mənbələr onun Pekin adminstrasiyasını dəstəklədiyi üçün bu addımı atdığını hesab düşünürlər.

 

Qeyd edək ki, aprel ayının 3-dən etibarən Honkonqda Çin əleyhinə kütləvi etirazlar başlayıb.

Müəllif: Ayna.az