Vaşinqtonun mərkəzində atışma olub

Dünya

13.11.2026 - 00:33

Atışmada dörd nəfər yaralanıb

Vaşinqtonun mərkəzində naməlum silahlı şəxs atəş açıb. AYNA.AZ xəbər verir ki, bu barədə D.C. Metropolitan Polis Departamentinin “X” sosial şəbəkə hesabındakı açıqlamada bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Ağ Evdən təxminən beş dəqiqəlik məsafədə yerləşən 15-ci küçədə hadisə yerinə gəliblər.

Yerli ABC filialının məlumatına görə, atışmada dörd nəfər yaralanıb, lakin onların vəziyyəti məlum deyil.

Polis hücumda hər hansı bir itki olub-olmadığı və ya silahlı şəxsin saxlanılıb-saxlanılmadığı barədə hələlik heç bir məlumat yaymayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş