FETÖ-nun dəstəkçisi olan baş nazir istefa verdi

Dünya

20.07.2019 - 02:33

FETÖ-ya maliyyə yardımı etməyə çalışan Kosova Baş naziri Ramuş Haradinaj vəzifəsindən istefa verib. AYNA axar.az-a istinadən xəbər verir ki, nazir Hollandiyanın Haaqa şəhərindəki Kosovanın xüsusi prokurorluğu tərəfindən şübhəli qismində çağırıldığı üçün vəzifədən istefa verdiyini bəyan edib.

 

“Hökumətin baş naziri olaraq istefa verdim. Bu andan etibarən hökumət olaraq da istefa verdik. Bunun səbəbi də xüsusi prokurorluq tərəfindən şübhəli qismində dindirilməyə çağırılmağımızdır”, – o söyləyib.

 

Qeyd edək ki, Kosova Qurtuluş Ordusunun keçmiş komandirlərindən olan Haradinaj daha öncə də iki dəfə Haaqada mühakimə edilib, ancaq dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə