Prezident Administrasiyası rəhbərinin müavini: “Ukraynalılar qışdan əvvəl su ehtiyatı toplamalıdırlar”
“Ukraynalılar qışdan əvvəl su ehtiyatı toplamalıdırlar”. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu çağırışla Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İrina Vereşçuk çıxış edib.
"Kiyev sakinləri üçün çətin olacaqmı? Bəli, çətin olacaq, amma biz hazırlaşmalıyıq", - deyə o bildirib.
Vereşçuk ukraynalıları su və "bacardıqları hər şeyi" ehtiyatda saxlamağa çağırıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin zərbələri enerji vəziyyətini olduqca çətinləşdirib.