Ərdoğanla Tramp arasında telefon danışığı olub

Dünya

23.09.2019 - 05:25

Ərdoğan və Tramp ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir. 

Bildirilir ki, dövlət başçıları ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığı zamanı həmçinin regional problemlər də diqqət mərkəzində olub. 

Müəllif: Ayna.az