Rusiya Şimali Koreyanın daha 3 gəmisini saxladı

Dünya

27.09.2019 - 19:53

Gəmilərdə, ümumilikdə 262 ekipaj üzvünün olduğu vurğulanıb

 

Rusiya Sərhəd Təhlükəsizliyi nümayəndələri Rusiyanın ərazisinə girən Şimali Koreya bayraqları asılmış 3 balıqçı gəmisini nəzarətə götürüdüyünü bildirib.

 

AYNA xarici mətbuata istinadən xəbəer verir ki, gəmilərdə, ümumilikdə 262 ekipaj üzvünün olduğu vurğulanıb.

 

Məlumatda Şimali Koreyaya məxsus balıqçı gəmilərinin tutulduğu və Rusiya dəniz limanına aparıldığı qeyd olunub.

 

Qeyd edək ki, sentyabrın 17-də də Rusiya Sərhəd Təhlükəsizliyi rəsmiləri Yapon dənizinin Rusiyaya məxsus hissəsində qaçaqmalçılıq edən Şimali Koreya gəmilərini nəzarətə götürmüş və ŞK-ya məxsus dənizçilər 3 nəfər Rusiyalı məmura atəş açmışdı.

Müəllif: Ayna.az