Paşinyan qorxu içində - <font color=red> Mühafizə gücləndirildi</font>

Dünya

26.07.2019 - 07:19

İcevanda yaşayan valideynlərinin evinin qarşısında post quraşdırılıb

 

İcevanda baş verən olaylardan sonra Ermənistan Baş naziri Nikol Paşinyan qohumlarının mühafizəsini gücləndirib. AYNA axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb. Məlumata görə, Paşinyanın İcevanda yaşayan valideynlərinin evinin qarşısında bununla əlaqədar olaraq post quraşdırılıb. Məlumatda polisin bunu yerli əhalinin Paşinyandan valideynləri vasitəsilə qisas alacağından qorxduğu üçün etdiyi bildirilib.

 

Qeyd edək ki, bundan öncə İcevanda taxta-şalban sexlərinin işçiləri Paşinyanın meşə ağac kəsilməsinin tam dayandırılması qərarına etiraz olaraq mitinq keçiriblər. Mitinq zamanla polislə etirazçılar toqquşublar.

Müəllif: Ayna.az