BMT-nin qərargahında işıq və istilik kəsiləcək

Dünya

12.10.2019 - 08:33

"Nağd vəsaitlər nöqteyi-nəzərindən təşkilatın vəziyyəti dəhşətlidir"

 

BMT qərargahında maliyyə 
problemləri ilə əlaqədar elektrik enerjisinin, eskalatorların və isitmə sistemlərinin işi məhdudlaşdırılacaq.

 

AYNA xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərlə bağlı beynəlxalq təşkilatın baş katibi Antoniu Quterreş göstəriş verib.

 

Məlumata görə, böhran beynəlxalq təşkilatın büdcəsinə üzv dövlətlərin əskik ödənişləri ilə bağlıdır.

 

"Əgər dəqiqliyə qalsa, nağd vəsaitlər nöqteyi-nəzərindən təşkilatın vəziyyəti dəhşətlidir", - deyə təşkilatdan bildirilib.

 

Qeyd edilir ki, bu vəziyyət BMT-nin son 10 il ərzində qarşılaşdığı maddi vəziyyətin ən ağır böhranıdır.

 

Müəllif: Ayna.az