Dəfn edildikdən 7 saat sonra evə gəldi

Dünya

12.10.2019 - 15:36

"Ölmüş" adam bir neçə saat sonra evinə geri dönüb 

 

İndoneziyanin Gesikan şəhərində qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə dəfn olunan bir nəfər 7 saat sonra evinə geri qayıdıb.

 

Belə ki, ağır yol qəzası keçirən adam hadisə yerində keçinib və onun Suntaro adlı şəxs olduğu irəli sürülüb.

 

Suntaronun cəsədi isə ailəsinə təhvil verilib. Lakin dəfn mərasimindən 7 saat sonra Suntaro evinə geri qayıdıb. 

 

Araşdırma nəticəsində məlum olub ki, Suntaro bir müddət əvvəl Varim adlı tanışından borc pul götürüb və qarşılığında şəxsi motosklini girov qoyub. Bu səbəbdən də mərhumun Varim olduğu ehtimal olunub. 

 

Varimin ailəsi isə cəsədi qəbirdən çıxarmağa ehtiyac olmadığını, yalnız məzar daşındakı adın dəyişdirilməyini bildirib.

 

Müəllif: Mərahim Nəsib