İmamoğludan uşaqlara “Qalatasaray” jesti - <font color=red> FOTOLAR</font>

Dünya

14.09.2019 - 07:52

Həkimlər Klinikalar SEO Xidməti

 

Yeniyetmələr “Qalatasaray”-“Kasımpaşa” qarşılaşmasını İmamoğlu ilə birlikdə izləyiblər.

 

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu “Qalatasaray” tərəfindən təsis edilən tribunada indiyədək matç izləməyən uşaqlarla birlikdə futbola baxıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, klubun prezidenti Mustafa Cengiz İmamoğlunun imkansız ailələrin uşaqları üçün tribuna ayrılması xahişini yerinə yetirib. 12-17 yaş aralığındakı yeniyetmələr “Qalatasaray”-“Kasımpaşa” qarşılaşmasını İmamoğlu ilə birlikdə izləyiblər.

 

Bələdiyyə sədri daha sonra sosial şəbəkədə fotolar paylaşaraq kluba təşəkkürünü bildirib.

 



Müəllif: Ayna.az