Baş Nazirə kəsilmiş baş mesajı - <font color=red> VİDEO</font>

Dünya

20.09.2019 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Framptonun bu hərəkəti hörmətsiz və utancverici davranış kimi xarakterizə olunub

 

İngiltərədə vəzifəyə başlayandan bəri sərt tənqid hədəfi olan Baş Nazir Boris Conson bu dəfə sərhədləri aşan etirazla üzləşib. AYNA xəbər verir ki, Merkuri mükafatlandırma mərasiminə qatılan reper Tyron Frampton (slowthai) Boris Consona bənzəyən kukla başını götürərək səhnəyə çıxıb.

 

Dövlət televiziyasında canlı yayımlanan təqdimetmə zamanı reperin bu hərəkəti hər kəsin çaşqınlığına səbəb olub.

Reper üzərində Boris Consona ünvanlanmış təhqiramiz ifadələr yazılmış köynəyi ilə mahnısını oxumağa davam edib.

 

Bu görüntülər sosial mediada böyük ajiotaj yaratsa da, Framptonun bu hərəkəti hörmətsiz və utancverici davranış kimi xarakterizə olunub.

 

Müəllif: Ayna.az