Tramp"/>

"Zelenskiyə zəng etmək istəmirdim" - <font color=red> Tramp</font>

Dünya

06.10.2019 - 16:28

Donald Tramp: “Çoxları ona zəng etmək istəmədiyimi bilmir"

 

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasında respublikaçılara Ukrayna lideri Vladimir Zelenskiyə zənginin səbəbini izah edib.

 

“Çoxları ona  (Zelenskiyə - red.) zəng etmək istəmədiyimi bilmir. Zəng etməyimin yeganə səbəbi Rikin (energetika naziri Rik Perri – red.) israr etməyi oldu. MTQ zavodu ilə bağlı idi”, - deyə Tramp oktyabrın 4-də partiya yoldaşları ilə telefon söhbəti zamanı izahat verməli olub. 

 

AYNA-nın oxu.az-a istinadən məlumatına görə, ehtimal olunur ki, Amerika lideri belə bir bəhanə ilə məsuliyyəti üzərindən götürmək istəyib.

 

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı. 

 

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

 

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

 

Müəllif: Ayna.az