“Bağdadinin öldürülməsi terror liderlərinə qarşı əzmkarlığın göstəricisidir"

Dünya

28.10.2019 - 19:30

"İŞİD öldürdüyü günahsız insanların cəzasını ağır ödəyəcək”

 

ABŞ Prezidenti Donald Tramp da İŞİD lideri Əbubəkir əl-Bağdadinin öldürüldüyünü açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunun üçün Türkiyə, Rusiya və İraqa təşəkkür edib.

 

ABŞ Prezidenti Bağdadinin köməkçilərinin də öldürüldüyünü açıqlayıb: “Ərazini artıq təmizləmişik. Sivil əhalidən, demək olar ki, xəsarət alan olmayıb. Son dəqiqələrini qorxaraq keçirən İŞİD lideri ən sonda intihar etdi. Əməliyyat bitdikdən sonra ərazini tamamilə təmizlədik”.

 

“Bağdadinin öldürülməsi terror liderlərinə qarşı əzmkarlığın göstəricisidir. İŞİD-in tərəfdaşları da bu müqavimətlə qarşılaşacaq. İŞİD öldürdüyü günahsız insanların cəzasını ağır ödəyəcək”, - deyə ABŞ Prezidenti əlavə edib.

Müəllif: Ayna.az