Ərdoğanla Putin Liviyadakı son vəziyyəti müzakirə ediblər

Dünya

23.08.2019 - 19:46

Bəşər Əsəd qüvvələrinin bir sıra ərazilərdə müxalifətçiləri mühasirəyə alması ilə bağlı məlumat yayıb

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Vladimir Putinə zəng edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, telefon söhbəti əsnasında Suriya və Liviyadakı son vəziyyət müzakirə olunub.

 

Prezidentlər İdlibdə baş verən hadisələrlərlə yanaşı, Türkiyənin təhlükəsizliyi və milli maraqlarını da müzakirə ediblər.    

 

Telefon söhbəti bitər-bitməz Kreml bununla bağlı rəsmi açıqlama yayıb. “Hər iki ölkə terroristlərlə mübarizədə daim həmfikir olaraq qalacaq”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, bu hadisədən sonra Suriya Dövlət Televiziyası Bəşər Əsəd qüvvələrinin bir sıra ərazilərdə müxalifətçiləri mühasirəyə alması ilə bağlı məlumat yayıb.

Müəllif: Ayna.az