Türkiyəli futbolçuların əsgər salamı ilə bağlı istintaq başlayıb

Dünya

16.10.2019 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

UEFA hesab edir ki, oyunçuları siyasi təxribat ehtiva edən davranışlar sərgiləyiblər

 

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA), Türkiyənin Fransa ilə səfərdə oynadığı qarşılaşmaya münasibət bildirib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçuların qol sevinci istintaq işinə səbəb olub.

 

UEFA-nın məlumatında qeyd olunub ki, Türkiyə milli yığmasının oyunçuları 2020-ci il Avropa Futbol Çempionatının seçmə oyunlarında Albaniya və Fransa milli komandaları ilə baş tutan qarşılaşmalarda siyasi təxribat ehtiva edən davranışlar sərgiləyiblər. Bu səbəbdən də Türkiyə Futbol Federasiyası barəsində intizamsızlıqla bağlı istintaq işinin başlanmasına qərar verilib.

 

Qeyd edək ki, Türkiyə Milli Futbol Komandasının oyunçuları Albaniya və Fransa milli komandaları ilə baş tutan qarşılaşmalarda qol sevinclərini əsgər salamı ilə qeyd edərək “Sülh çeşməsi” hərəkatına dəstək nümayiş etdirmişdilər.

Müəllif: Ayna.az