Qum qasırğası bu vilayəti iflic etdi

Dünya

10.08.2019 - 01:47

75 nəfər xəstəxanaya müraciət edib

 

İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib. AYNA Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

 

Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.

Müəllif: Ayna.az